Azərbaycan və ABŞ - çox yaxın dost və tərəfdaş dövlətlərdir. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov iyulun 17-də Bakıda ABŞ-ın Azəorbaycandakı səfiri Enn Dersini qəbul edərkən bildirib.
Nazir ölkədəki demokratik proseslər, vətəndaş cəmiyyətinin quruculuğu, insan haqlarının müdafiəsi, söz və mətbuat azadlığının təminatı sahəsindəki vəziyyət barədə səfiri məlumatlandırıb. O, hüquqi müstəvidə də ikitərəfli əməkdaşlığın inkişafı mümkünlüyünü də qeyd edib.
E.Dersi deyib ki, Azərbaycanda olduğu qısa müddətdə mütərəqqi islahatların müsbət nəticələrinin şahidi olub. Onun sözlərinə görə, ABŞ etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığa böyük önəm verir. E.Dersi bildirib ki, ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcək.