...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının nümayəndə heyəti iyulun 20-26-da Rusiyaya səfər edəcək

Siyasət Materials 18 İyul 2006 14:00 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının nümayəndə heyəti iyulun 20-26 tarixlərində Rusiyaya səfər edəcək. Bu barədə Trend ə adıçəkilən hərəkatın həmtəsisçisi Fərhad Məmmədov bildirib.

F.Məmmədov onu da qeyd edib ki, dəvət Rusiyanın ən böyük "Naşı" gənclər hərəkatı tərəfindən edilib: "Bu tədbirdə xaricdən yalnız Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə hərəkatımızın dicər həmtəsisçisi Elnur Məmmədov başçılıq edəcək və onlar hər il keçirilən ümumrussiya gənclər düşərgəsində iştirak edəcəklər".

F.Məmmədov onu da vurğulayıb ki, həmin düşərgə Tver vilayətinin Seliger gölünün ətrafında keçiriləcək və bu il orada 5000 nəfərin iştirakı gözlənilir: "Rusiyanın tanınmış politoloqları, içtimai xadimləri, texnoloqları, Rusiya prezident administrasiyasının nümayəndələri və siyasətçiləri düşərgə iştirakçıları qarşısında mühazirə oxuyacaqlar".

Xəbər lenti

Xəbər lenti