...

Millət vəkili Hadı Rəcəbli gənclərin yay düşərgəsində vətənpərvərlik və sosial prioritetlər mövzularında çıxışlar edib

Siyasət Materials 18 İyul 2006 17:31 (UTC +04:00)

Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli "İrəli" Ümumrespublika Gənclər Hərəkatının Lənkəran şəhərinin yaxınlığında yerləşən Palıdlı Sahil istirahət mərkəzində təşkil etdiyi yay düşərgəsində gənclərə hərbi vətənpərvərlik, sosial prioritetrlər, gənclər və mətbuat mövzularında mühazirələr oxuyub. Trend xəbər verir ki, hərəkatın 125 üzvü üçün təşkil edilən yay düşərgəsi 5 həftə davam edəcək.

Yay düşərgələrində gənclərə hərəkatın ideoloji prinsipləri, ictimai fəallıq, vətəndaşın cəmiyyətdə sosial fəallığı və bundan irəli gələn liderlik, təşəbbüskarlıq, təşkilatlanma və digər ictimai fəaliyyətə aid digər məsələlər tədris olunur. İlk iki düşərgədə hərəkatın üzvləri qarşısında təlimçilər Iüsal Bəkirov, Günel Nəsirova, hərakatın həmtəsisçisi Elnarə Qəribova və millət vəkili Hadı Rəcəbli çıxış ediblər.

Düşərgə iştirakçıları Lənkəran şəhərində yerləşən ümummilli Lider Heydər Əliyevin abidəsini, Lənkəran xanlarının Xan Sarayını, Milli Qəhrəman Həzi Aslanovun ev-muzeyini ziyarət ediblər.

Gənclər üçün təəssürat bağışlayan və vətənpərvərlik istiqamətində keçirilən hərbi təlim xüsusi ilə yadda qalıb. Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin hərbi vətənpərvərlik, sosial prioritetrlər, gənclər və mətbuat mövzularında apardığı mühazirələr gənclər arasında böyük marağa səbəb olub. Həmçinin, Lənkəran şəhərində yerləşən N saylı hərbi hissənin polkovniki və əskərləri tərəfindən nümayiş olunan silahlar, onların yığılma və təyinatı mövzusunda hərbi təlim gənclərimiz tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti