...

Nizami Bəhmənov: "ATƏT PA Ermənistanı işğalçı dövlət kimi tanıması ilə bağlı qətnamə qəbul etməlidir"

Siyasət Materials 20 İyul 2006 16:51 (UTC +04:00)
Nizami Bəhmənov: "ATƏT PA Ermənistanı işğalçı dövlət kimi tanıması ilə bağlı qətnamə qəbul etməlidir"

ATƏT-in Parlament Assambleyası Ermənistanı işğalçı dövlət kimi tanıması ilə bağlı qətnamə qəbul etməlidir. Bu barədə Trend ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində törədilən yanğınlarla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşikin hazırladığı hesabata münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində törədilən yanğınlarla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin Azərbaycanın Xarici İşlər Nazirliyinə hesabatı daxil olub. Sənəd ATƏT-in fəaliyyətdə olan sədri Belçikanın xarici işlər naziri tərəfindən göndərilib. Hazırda XİN-də bu sənədlə tanış olunur.

N.Bəhmənov bildirib ki, ermənilərin vandalizm aktları ATƏT-ə üzv olan dövlətlərin Azərbaycandakı səfirlərinin gözü qarşısında baş verir: "Təzyiq ancaq Ermənistan hökumətinə olmalıdır. Bütün cinayətləri törədən işğalçı Ermənistandır. Ancaq təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu məsələyə münasibətində ikili standartlar mövcuddur".

Xəbər lenti

Xəbər lenti