...

P.Semnebi: AB ilə Azərbaycan arasında Avropa qonşuluq siyasətinin fəaliyyət planı ilə bağlı danışıqlar başa çatmaq üzrədir

Siyasət Materials 21 İyul 2006 20:31 (UTC +04:00)

AB ilə Azərbaycan arasında Avropa qonşuluq siyasətinin fəaliyyət planı ilə bağlı danışıqlar başa çatmaq üzrədir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, AB-in Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O deyib ki, Bakıda olduğu iki gün ərzində xarici işlər və ədliyyə nazirləri, hüquq müdafiəçiləri, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri və digər şəxslərlə görüşüb. Əsas müzakirə predmeti 9 istiqamətdə nəzərdə tutulmuş fəaliyyət planı olub. Bunların arasında Dağlıq Qarabağ münaqişəsi, demokratik institutların inkişafı, seçki prosesləri, insan haqları, qanunun aliliyinin təminatı, regional əməkdaşlığın iikişafı vacib yer tutub. Səfir qeyd edib ki, bəzi texniki məsələlər istisna olmaqla, praktiki olaraq fəaliyyət planının bütün bəndləri razılaşdırılıb.

P.Semnebi vurğulayıb ki, fəaliyyət planının qəbulu Azərbaycanın AB ilə yaxınlaşmasında vacib rol oynayacaq. Azərbaycan AB üçün xüsusi maraq kəsb edir, lakin AB ilə strateji tərəfdaşlığın inkişaf etdirilməsi Azərbaycanın da maraqlarına cavab verir. O, demokratik institutların və insan haqlarının inkişafına, eləcə də qanunun aliliyinin təmin edilməsinin vaxibliyini vurğulayıb.

Səfir Azərbaycanla AB arasında fəaliyyət planının payızın ortalarında qəbul olunacağına ümidvar oluduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti