...

Salyanda abadlıq işləri aparılır

Siyasət Materials 28 İyul 2006 13:29 (UTC +04:00)

Ölkə başçısının səranjamı ilə Salyanda abadlıq işlərinin aparılmasına əlavə olaraq 1 mln. manat vəsait ayrılıb. Bu vəsait hesabına şəhərin mərkəzi küçələrinin, kənd yollarının asfaltlaşdırılması, kommunal binalırın dam örtüyünün dəyişdirilməsi, binadaxili su və kanalizasiya xətlərinin təmiri, küçə və səkilərin abadlaşdırılması işləri aparılır.

Hazırda Ələt- Astara maqistral avtomobil yolunun Salyan şəhər ərazisindən keçən 2,1 km hissəsində təkanqaytaran bardürlər vasitəsilə ikitərəfli yolun tikintisi aparılır. Bundan başqa, bu ilin 6 ayı ərafəsində şəhər ərazisində səkilərin ətrafına 728 paqonometr beton məhəccərlər düzülüb, 9 min 651 kv. metr sahəyə üzlük plitə döşənib, 21 min 200 kv. metr yaşıllıq zolağı salınıb, 10 min ədəd ağac, 2 min 700 ədəd bəzək kolu əkilib. Şəhərin küçələrinə 70 min kv metr asfalt, 8 min 800 kv. metr çınqıl döşənib və bu işlər davam etdirilir. Əlil və şəhid ailələrinin mənzillə təmin olunması üçün ikimərtəbəli, 8 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb və sakinlərə paylanıb. Əlil və şəhid ailələri üçün daha bir 16 mənzilli yaşayış binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Salyanın Şorsulu, Quyçu kəndlərində 14,5 km uzunluğunda qaz kəmərinin 4, 9 km-i əsaslı təmir olunub, Dayıkənd və Seyidlər kəndlərinə təbii qaz verilib.

Bundan əlavə rayonun Pambıqkənd, Şatrovka, Arbatan kəndləri və Plastik yaşayış massivində 60 mənzilli 3 yaşayış binası qazla təmin edilib.

Salyan şəhər küçələrinin müasir tələblər səviyyəsində qurulması ilə əlaqədar 40 ədəd yeni işıqlandırma dirəkləri qoyulub və bu iş davam etdirilir. Rayon üzrə 2 min 799 ədəd elektrik və 4 min 8 ədəd qaz sayğacı quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti