...

Xanlar Vəliyev: 6 ay ərzində orduda 15 fərarilik cinayəti qeydə alınıb

Siyasət Materials 28 İyul 2006 14:56 (UTC +04:00)

Cari ilin 6 ayı ərzində Azərbaycan ordusunda 15 fərarilik cinayəti qeydə alınılb. Trend "ATV"- yə istinadən bu barədə iyulun 27-də Hərbi Prokurorluqda keçirilmiş 6 ayın yekunlarına dair müşavirədə hərbi prokuror Xanlar Vəliyev məlumat verib.

Prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrin ayrı-ayrı qurumlarında cinayətkralığa, nizamnamə pozuntularına qarşı mübarizənin daha da gücləndirilməsi, prokuror vəsatəti kəsərliyinin artırılması təmin edildiyindən hesabat dövründə nizamnamə qaydalarını pozma hadisələrinin, tabeçilik əleyhinə olan cinayətlərin sayı azalıb. Baş vermiş cinayət hadisələri ilə əlaqədar cinayət işinin başlanması prokurorluq orqanları tərəfindən vaxtında təmin edilib.

Xəbər lenti

Xəbər lenti