...

"Neft-qaz sahəsində ixrac fəaliyyəti haqqında" qanun layihəsi ilə bağlı hazırlıq işləri başa çatır

Siyasət Materials 2 Avqust 2006 12:47 (UTC +04:00)

Azərbaycanın İqtisadi İ nkişaf Nazirliyi "Neft-qaz sahəsində ixrac fəaliyyəti haqqında" qanun layihəsinin hazırlığını tamamlayır. Bu barədə Trend ə eksklüziv olaraq iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

"Biz qanunverici təşəbbüsə malik deyilik, ona görə də sənədi Prezident aparatına verməliyik və oradan da sənəd parlamentə təqdim olunmalıdır. Düşünürəm ki, Milli Məclisin payız sessiyası başlanan kimi sənəd təqdim olunacaq", - deyə nazir qeyd edib.

Öz mal və xidmətlərini ixrac edən şirkətlər ƏDV ödənişindən azad olunacaqlar. "Bu, Azərbaycan üçün rəqabət qabiliyyətli mühit yaradır. Bakıda yaranmış infrastrukturun Xəzər bölgəsində analoqu yoxdur. Prinsip etibarilə, bunu etməyə də bilərdik, çünki onsuz da bu şirkətlər Azərbaycandan istifadə edərək işləyəcəkdilər, lakin biz maksimal şərait yaratmaq istəyirik, çünki bu şirkətlərdə təxminən 5 min yerli mütəxəssis çalışır", - deyə H.Babayev qeyd edib.

Layihənin hazırlanmasında əsas məqsəd Azərbaycanda qeydiyyatdan keçmiş, ölkədən kənarda əməliyyatlar aparan xarici şirkətlər üçün vergi yükünün azaldılmasıdır. Nazir bu şirkətlər arasında Technip, Total, Bos Shelf i Maersk şirkətlərinin adını çəkib. Bu şirkətlər ölkədən kənarda həyata keçirilən regional layihələrdə iştirak üçün vergi güzəştlərinin təqdim olunması təklifi ilə hökümətə müraciət ediblər.

Azərbaycandakı layihələr üzrə fəaliyyətin tamamlanması ilə əlaqədar onlar Qazaxıstandan sifariş qəbul edirlər. Azərbaycanda əməliyyatları həyata keçirməyi davam etdirərkən, şirkətlər Azərbaycanın həm gömrük, həm də vergi qanunvericiliyinə riayət etməlidirlər.

H.Babayevin sözlərinə görə, onlar artıq əməliyyatları həyata keçirirlər, qanun layihəsinin təsdiq edilməsinə qədər isə onların vergisi Nazirlər Kabinetinin bu yaxınlarda verdiyi sərəncama əsasən tənzimlənir. Bu sərəncamda həmçinin ixrac məqsədi ilə həyata keçirilən mal və xidmətlər üzrə ƏDV-dən azad olmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti