Yaponiyanın baş naziri Dzyunyitiro Koidzuminin (Junichiro Koizumi). Qazaxıstana ilk rəsmi səfəri gözlənilir.
Trend in Astanadakı xüsusi müxbirinin məlumatına görə, səfərin tarixi hələlik dəqiqləşdirilir. Ancaq səfərin avqustun 25-27-də həyata keçiriləcəyi də ehtimal olunur.
Astana rəhbərliyi ilə qarşıdakı görüşdə gələcəkdə Qazaxıstan və Yaponiya arasında dostluq münasibətlərinin inkişafı, əsasında enerji sahəsində tərəfdaşlığın həyata keçiriləcəyi ticari-iqtisadi əməkdaşlığa dair məsələlər müzakirə mövzusu olacaq.