...

"Hüquqşünasların Seçki Bloku" bələdiyyə seçkilərinin monitorinqini aparacaq

Siyasət Materials 3 Avqust 2006 17:33 (UTC +04:00)

"Hüquqşünasların Seçki Bloku" qarşıdan gələn bələdiyyə seçkilərinin monitorinqini aparacaq. Bu barədə Trend ə blokun həmsədri, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev məlumat verib.

O, bildirib ki, "Hüquqşünasların Seçki Bloku" qarşıdan gələn bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul etməyib. Lakin blok səsvermə günü seçkinin gedişini və baş verə biləcək seçki pozuntuları ilə bağlı məhkəmə proseslərinin monitorinqini aparacaq. İ.Əliyevin sözlərinə görə, gələn həftə blokun toplantısının keçirilməsi nəzərdə tutulub. Toplantıda bələdiyyə seçkiləri müzakirə olunacaq, bununla bağlı blokun fəaliyyət planı təsdiq ediləcək. Fəaliyyət planına "Hüquqşünasların Seçki Bloku"nun namizədlərə hüquqi yardım göstərilməsi, onların seçkidən sonra hüquqlarının müdafiəsi, məhkəmə proseslərinin monitorinqi, seçkinin müşahidəsi və sonda bütün bunlarla bağlı hesabatlar hazırlanması daxil ediləcək. Hesabatlar beynəlxalq qurumlara, Azərbaycanın dövlət orqanlarına, KİV-lərə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti