...

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcək

Siyasət Materials 4 Avqust 2006 12:53 (UTC +04:00)

Müsavat Partiyası millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək. Bu barədə Trend ə Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi aprelin 26-da millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan Müsavat Partiyasının apellyasiya şikayətinə baxıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən iclasda Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Mayın 26-da isə Apellyasiya Məhkəməsinin qərarı Müsavat Partiyası rəhbərliyinə daxil olub.

İ.İbrahimli qeyd edib ki, Apellyasiya Məhkəməsindən partiya rəhbərliyinə daxil olan qərarda 3 ay müddətində Ali Məhkəməyə şikayət edilməsi göstərilib: "Artıq bu müddət başa çatmaq üzrədir. Yaxın günlərdə şikayət ərizəmizi Ali Məhkəməyə göndərəcəyik". İ.İbrahimli onu da qeyd edib ki, belə bir qərar partiya rəhbərliyində qəbul olunub.

Xəbər lenti

Xəbər lenti