...

Culfa rayonunda 16 nəfər işlə təmin olunub

Siyasət Materials 4 Avqust 2006 18:54 (UTC +04:00)

Naxçıvan MR Culfa rayonunda əmək yarmarkası keçirilib. Culfa rayon Əhalinin Məşğulluq İdarəsinin müdiri Ramiz Allahyarov "Trendə" bildirib ki, əmək yarmarkalarının keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında böyük rol oynayır. Tədbirdə iştirak edən MR əmək və əhalinin sosial müdafiyəsi naziri Azər Ələkbərov əhalinin sosial rifah halının yüksəldirməsi istiqamətində ölkə başçısı tərəfindən bir neçə fərman və sərəncam imzalandığını deyib. Rayon İcra Hakimiyyəti başçısı Şükür Babayev isə keçirilən tədbirin əhəmiyətindən və rayonda işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb və keçirilən bu yarmarkada 16 nəfərin işlə təmin olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti