Azərbaycan prezidenti qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev yerli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması üzrə tədbirlər planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Trend in xəbər verdiyi kimi, Tədbirlər Planının icrasına nəzarət ÜTT-yə üzvlüyə hazrılıq işləri üzrə Komissiyaya tapşırılıb.
Sərəncamda qeyd olunur ki, ÜTT-yə üzv ölkələrlə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan üzvlüyün əsas mərhələsinə daxil olub.