...

Dağlıq Qarabağdan Ermitaja heç bir müraciət daxil olmayıb

Siyasət Materials 9 Avqust 2006 18:24 (UTC +04:00)
Dağlıq Qarabağdan Ermitaja heç bir müraciət daxil olmayıb

Dağlıq Qarabağdan Rusiyanın Ermitaj dövlət muzeyində sərgilənən ekponatlara dair heç bir müraciət daxil olmayıb. Bu barədə Ermitajın mətbuat mərkəzinin rəhbəri Larisa Karabelnikova Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 3 mln. eksponatın toplandığı muzeydə Azərbaycan, xüsusilə Dağlıq Qarabağ üzrə ayrı bölmə yoxdur.

"Buradakı eksponatlar qədimdir və Şərq bölməsinə aiddir. Həmin eksponatların aid olduğu dövrdə nə Dağlıq Qarabağ, nə də ki, başqa ölkə olmayıb" - deyə o vurğulayıb. L.Karabelnikova əlavə edib ki, əgər ermənilər bu eksponatlara iddia edərsə, məsələyə ekspert və incəsənət mütəxəssisləri qarışar.

Qeyd edək ki, "REGNUM" İA-nın məlumatına əsasən, Arxatsk Tarixi-Ölkəşünaslıq Muzeyinin direktoru Melanya Balayan iddia edir ki, "Azərbaycan e.ə. 10-7-ci əsrlərdə" bölməsində Mardakert rayonu Araçadzor kəndi ərazisində aşkarlanmış qızıl möhür sərgilənir. Dəqiq tapıntı yeri kimi Dağlıq Qarabağ göstərilib və bununla əlaqədar Ermitajın müdiriyyətilə yazışma aparılır.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsinin direktoru Fikrət Babayev Trend ə bildirib ki, bu növ müraciətlərin xüsusi əhəmiyyəti yoxdur. F.Babayev hər kəsin Ermitaja müraciət etmək hüququnun olduğunu hesab edir. F.Babaevın fikrincə, bu müraciətlər qədim eksponatların mübahisə mövzusuna çevrilməsi üçün səbəb deyil.

Xəbər lenti

Xəbər lenti