...

İlham Əliyev: Güclü sənaye və iqtisadi potensial Azərbaycanın əsas vəzifəsidir

Siyasət Materials 10 Avqust 2006 19:30 (UTC +04:00)
İlham Əliyev: Güclü sənaye və iqtisadi potensial Azərbaycanın əsas vəzifəsidir

Güclü sənaye və iqtisadi potensial Azərbaycanın əsas vəzifəsidir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Salyan rayon ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.

Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan iqtisadi inkişaf üzrə liderdir. Birinci yarımil üzrə məlumatlara əsasən, Azərbaycanda iqtisadi inkişaf 36%, sənaye istehsalatı - 41% artıb. İndiyə qədər 435 min yeni iş yeri açılıb. Respublikada infrastruktur inkişaf etdirilir, yollar, energetika obyektləri, məktəb və sosial obyektlər tikilir.

"Bizim məqsədimiz - güclü iqtisadiyyat və güclü sosial siyasətdir" - deyə İ.Əliyev vurğulayıb. O əlavə edib ki, Azərbaycanda həyata keçirilən layihələrdən əldə olunan gəlirlər ilk növbədə ağır vəziyyətdə olan adamların problemlərinin həllinə yönəldiləcək.

Bunun üçün proqram, konsepsiya hazırlanacaq ki, onun gerçəkləşdirilməsi gələn illər də davam etdirilsin. Mövcud vəziyyət, əmək haqları və pensiyaların səviyyəsi hökuməti qane etmir. Bunların artırılması davam etdiriləcək.

Prezident deyib ki, hazırda dünyada müxtəlif proseslər gedir və Azərbaycan regiondakı hadisələrə təsir etmək iqtidarında olan dövlətə çevrilir. Bunun üçün dövlət iqtisadi cəhətdən inkişaf etməlidir, respublikada milli birlik olmalıdır.

Bundan sonra prezident Salyan şəhər internatı və Salyan rayon xəstəxanasının bərpası ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti