...

Gürcüstanın dəmir yolunda sutkada təxminən 600-700 vaqon boşaldılır

Siyasət Materials 14 Avqust 2006 17:04 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yolu ayda təxminən 1 mln. 200 min ton yük daşıyır. İndiyədək ADDY-də bu qədər yük daşınmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə ADDY idarəsinin başçısı Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda gürcü tərəfi sutkada təxminən 600-700 vaqonu boşaldıb geri göndərir. Lakin protokola görə bu həcm 850 vaqon təşkil etməlidir.

A.Əsgərov qeyd edib ki, hazırda Gürcüstanda təxminən 1500-1600 vaqon yığılıb qalıb. Gürcü tərəfinin imzaladığı protokola görə, o, Batumidə 850 vaqonu, Potidə 50 vaqonu, gürcü neft bazalarında 70 vaqonu sutkada qəbul edib boşaltmaq və geri göndərmək öhdəliyini öz üzərinə götürüb. Lakin əslində bu rəqəm çox aşağıdır.

Vaqonlar respublikaya qaytarılmadığından, yük tədarükündə fasilələr yaranıb. Bu halda 2006-cı ildə Azərbaycan dəmir yolu daşınmaların həcmini xeyli artırıb. Dövlət dəmir yolunun məlumatlarına görə, 2006-cı ilin birinci yarısında ADDY-in yük daşımalarının həcmi 15,1 mln. ton təşkil edib. Bu isə planlaşdırılmış həcmdən 3 mln. 311,6 min ton çoxdur. Bu müddətdə ümumi həcmdən 4 mln. ton neft və neft məhsulu daşınıb.

Xəbər lenti

Xəbər lenti