...

Ağdamda məcburi köçkünlər üçün şəhərciyin tikintisi başa çatıb

Siyasət Materials 15 Avqust 2006 13:08 (UTC +04:00)
Ağdamda məcburi köçkünlər üçün şəhərciyin tikintisi başa çatıb

Ağdamda məcburi köçkünlər üçün şəhərciyin tikintisi başa çatıb. Trend in xəbər verdiyi kimi, bu barədə baş nazir müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin başçısı Əli Həsənov bildirib.

O qeyd edib ki, məcburi köçkünlərin Ağdamda tikilən şəhərciyə köçürülməsi avqustun sonlarında başa çatmalıdır. Bu, şagirdlərin sentyabrın 15-də yeni məktəblərə gedə bilməsi ilə əlaqədardır.

Baş nazir müavinin sözlərinə görə, Saatlı və Sabirabaddakı üç çadır şəhərciyi Biləsuvar və Füzuli rayonlarına köçürüləcək və artıq bu şəhərlərin köçürülməsinə başlayıblar. "Zəngilandan olan 160 məcburi köçkün ailəsi Sabirabaddakı bu şəhərciyə köçmək istədiklərini bildiriblər. Prezidentin göstərişi ilə 2006-cı ilin sonunadək bütün qaçqın və məcburi köçkünlər köçürüləcək", - deyə Ə.Həsənov bildirib.

O həmçinin qeyd edib ki, Ağdam rayonunda standartlara cavab verən və müasir texnika ilə təchiz olunan 12 orta ümumtəhsil məktəbi artıq təhvil verilib.

Bu şəhərciklərin sakinlərinin məşğulluğunun təmin edilmə prosesi üçün xüsusi torpaq sahələri ayrılır. "Ağdam rayonunun 73%-i işğal altında olduğundan, bu rayonda torpaq sahələri çatışmadığından kiçik sənaye müəssisələri təşkil ediləcək", - deyə baş nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti