...

Nazir: BTC kəmərinin təhlükəsizliyi tam təmin olunub

Siyasət Materials 15 Avqust 2006 18:15 (UTC +04:00)
Nazir: BTC kəmərinin təhlükəsizliyi tam təmin olunub

Qazaxıstan neftinin BTC kəmərilə nəql edilməsi üçün ilk növbədə sponsor qrupu yaradılmalıdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Artıq məsələ ilə maraqlananlar var. Hazırda Qazaxıstan hökumətilə sponsor qrupu arasında tranzit sazişi imzalanmalıdır.

Nazirin sözlərinə görə, Qazaxıstan neftinin BTC ilə nəqli üçün Qazaxıstana Aktau-Bakı dəhlizinin inşası lazımdır ki, bunun üçün də təxminən $3 mlrd. tələb olunur.

Neft boru kəmərinin təhlükəsizliyi məsələsinə toxunaraq nazir qeyd edib ki, neft boru kəmərinin korroziyaya uğraması haqqında məlumat həqiqətə uyğun deyil. Kəmərin təhlükəsizliyi tam təmin olunub. Hər bir iştirakçı dövlət öz ərazisində terror aktları və sabotajın qarşısını almaq öhdəliyini götürüb.

Xəbər lenti

Xəbər lenti