...

İİN-in Sahibkarlığın İnkişafı Departamentinin keçmiş başçısına qarşı özünəqəsd faktı üzrə istintaqa başlanıb

Siyasət Materials 24 Avqust 2006 17:07 (UTC +04:00)

Azərbaycanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin keçmiş başçısı Əlihüseyn Şalıyevin özünə qəsdetmə faktı üzrə birgə istintaqa başlayıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.

O qeyd edib ki, avqustun 24-də saat 06.45-də idarə əməkdaşları aşkar ediblər ki, ƏN-in MQİBİ Müalicə Müəssisəsində müalicə kursu keçmiş Ə.Şalıyev damarını kəsib. İstintaq altında olan Ə.Şalıyev "qrıja" diaqnozu ilə müalicə müəssisəsinə gətirilib və uğurla əməliyyat olunub. Onun vəziyyəti artıq yaxşılaşırdı və istintaq təcridxanasına qayıtmalı idi.

R.Ramazanovun sözlərinə görə, hazırda istintaq qrupu hadisə yerində müvafiq iş aparır.

Qeyd edək ki, Ə.Şalıyev Azərbaycan Cinayət Məcəlləsinin mənimsəmə və israf, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı kimi 3 maddəsi üzrə təqsirləndirilirdi.

Xəbər lenti

Xəbər lenti