...

Qobustanda yol qəzası ölümlə nəticələnib

Siyasət Materials 26 Avqust 2006 12:32 (UTC +04:00)

Avqustun 26-da səhər saat 08.00 radələrində Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində baş vermiş yol qəzası ölümlə nəticələnib. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Qobustan rayon sakini Əlisəfa Cəbiyev "QAZ-3110" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Elşən Abdullayevi vurub. Zərərçənkmiş xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti