...

Mais Güləliyev Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb

Siyasət Materials 29 Avqust 2006 18:17 (UTC +04:00)

Yaşıllar Partiyasının yaradılması üzrə Təşəbbüs Qrupunun üzvü Mais Güləliyev avqustun 29-da ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Dallas Frohriblə görüşüb. Bu barədə Trend ə Mais Güləliyev məlumat verib.

Görüşdə M.Güləliyev Azərbaycan Yaşıllar Partiyasının təsis edilməsi üçün Təşəbbüs Qrupunun yaradılması, yeni partiyanın ideologiyası, siyasi kursu barədə məlumat verib. Bu partiyanın Respublikaçılar İnstitutu ilə gələcək əməkdaşlığı da müzakirə olunub. Tərəflər arasında belə görüşlərin davamlı olması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti