Almaniya Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınmasının tərəfdarıdır. Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycanda yeni təyin edilmiş səfiri Pyer Kristofer Stankina avqustun 30-da mətbuat konfransıda bildirib.
Onun sözlərinə görə, Almaniyanın çox illər bundan əvvəl yaranmış bu mövqeyi artıq Azərbaycana məlumdur.
"Biz, Azərbaycan prezidenti İlham Əliyev kimi, münaqişənin həllində sülh danışıqlarının davam etdirilməsi mövqeyinin tərəfdarıyıq. Münaqişənin güc tətbiq etməklə həll edilməsi yolverilməzdir", - deyə alman diplomatı bildirib.
Onun sözlərinə görə, Almaniya Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına istənilən vaxt yardım göstərməyə hazırdır.