...

Polşa səfiri Azərbaycan prezidentinə öz təşəkkürünü bildirib

Siyasət Materials 1 Sentyabr 2006 13:17 (UTC +04:00)

Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski görkəmli polyak memarı Yosif Qoslavskinin (Jozef Goslawski) şərəfinə memorial lövhənin quraşdırılması barədə qərar qəbul etdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirib. Trend xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda qeyd olunub.

Dövlət başçısı öz sərəncamında Bakıda memarın yaşadığı binada memorial lövhənin quraşdırılması barədə tapşırıq verib.

Yosif Qoslavski 1865-ci ildə Varşavada anadan olub. I Nikolay adına Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra onu Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə işləməyə göndəriblər. Bir ildən sonra o, memarlıq akademiki R.R.Marfeldin layihəsi ilə Aleksandr Nevski kilsəsinin inşası üçün Bakıya ezam olunub. 1892-ci ildən Qoslavski Bakının baş memarı vəzifəsində çalışıb. Bakıda işlədiyi vaxt ərzində o, 12 (kilsədən başqa) fundamental obyektin layihəsini tərtib və inşa edib. Həmin obyektlər indiyədək Bakıya gözəllik verir. Onlardan ən məşhurları H.Z.Tağıyevin Sarayı, Bakı şəhəri İcra hakimiyyətinin binası və Qadınlar üçün müsəlman məktəbidir.

Xəbər lenti

Xəbər lenti