Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) dəstəyi ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Budo Federasiyasının (şərq idman döyüş növü-aşihara budokay) 10 idmançısı və mütəxəssisindən ibarət nümayəndə heyəti sentyabrın 4-9 tarixlərində Bakıya gələcək. Trend xəbər verir ki, məqsəd Bakıda azərbaycanlı həmkarları ilə 5 gün ərzində təlim məşqlərinin aparılması və dostluq yarışının keçirilməsidir.
Səfər çərçivəsində ATİB-in təşkilatçılığı və ATİB İdarə Heyətinin üzvü Efruz Müdüroğlunun sponsorluğu ilə Bakıya gələn ŞKTR Budo Federasiyasının nümayəndə heyəti Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək.