...

Gələn ilin fevralında Kiyevdə Xocalı soyqırımının ildönümünə həsr olunmuş böyük konfrans keçiriləcək

Siyasət Materials 4 Sentyabr 2006 12:47 (UTC +04:00)
Gələn ilin fevralında Kiyevdə Xocalı soyqırımının ildönümünə həsr olunmuş böyük konfrans keçiriləcək

Gələn ilin fevral ayında Ukranya Azərbaycanlıları Konqresi (UAK) Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə birgə Kiyev şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş böyük konfransı keçirəcək. Bu barədə Trend ə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.

O bildirib ki, DAK sədri Cavab Derəxtinin Ukrayna səfəri zamanı onunla görüşüb, müzakirələr aparıb, qərara alınıb ki, 2007-ci ilin əvvəlində Azərbaycan disaporunun geniş tərkibli konfransı keçirilsin. Konfransa ev sahibliyini UAK öz üzərinə götürüb.

Həmçinin ilkin olaraq razılığa gəlinib ki, konfransa Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, müxtəlif ölkələrdə yaşayan diaspor nümayəndələrimiz, Amerikada, Türkyədə, Rusiyada, Avropa ölkələrində yaşayan azərbaycanlı ziyalılar, həmçinin Azərbaycan Respublikasının millət vəkilləri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və digər qonaqlar həmin konfransa dəvət olunsun.

Oqtay Əfəndiyevin sözlərinə gör, bu böyük konfransın keçirilməsində əsas məqsəd Azərbaycan diasporunun inkişaf yollarını axtarmaq, birgə fəaliyyət proqramı müəyyənləşdirmək, dünyaya səpələnmiş soydaşlarımızın problemlərini və onların qarşısında dayanan vəzifələri müzakirə etmək, xüsusilə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağla bağlıı həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Konfrans əsasən Xocalı soyqırımının ildönümünə, Qarabağ probleminə həsr olunduğundan tədbirin fevralın 26-da keçirilməsi və iki gün davam etdirilməsi nəzərdə tutulur.

Oqtay Əfəndiyev onu da deyib ki, UAK Dünya Azərbaycanlılarının Həmrəyliyi

Günü münasibəti ilə bu il dekabrın 25-də Kiyevdə bayram tədbiri keçirəcək. Tədbir Kiyev Nazirlər Kabinetinin banket zalında təşkil olunacaq, Ukraynada və digər MBD ölkələrində yaşayan azərbaycanlılar bayram ziyafətinə dəvət ediləcək. Tədbirdə həmçinin Azərbaycanın milli məsələləri, problemləri müzakirə olunacaq, soydaşlarımızın birliyi, həmrəyliyi üçün birgə əməkdaşlıq çağırışları ediləcək.

Xəbər lenti

Xəbər lenti