...

Qaçaqmalçılıq yolu ilə narkotiklərin alqı-satqısıyla məşğul olan şəxs yaxalanıb

Siyasət Materials 4 Sentyabr 2006 16:13 (UTC +04:00)

Son günlər Azərbaycanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat keçiriblər. Bu barədə Trend ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən, Füzuli rayon sakini Əlmərdan Ağakişiyevin İran İslam Respublikasının vətəndaşları Əyyub və Həmzə adlı şəxslərlə cinayət əlaqələrinə girərək qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olduqları aşkarlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Ağakişiyev Beyləqan rayonunun Daşburun qəsəbəsində 4,2 kiloqram heroinin hər kq-nı 20 min ABŞ dollarına satarkən yaxalanıb. Fakt üzrə cinayət işi başlanılıb.

Adları çəkilən İran vətəndaşları və cinayətkar dəstənin üzvü olduğu güman edilən digər şəxslərin tutulması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti