...

Ukrayna Odessa-Brodı kəməri ilə neft tədarükünün qrafikini yaratmaq üçün ARDNŞ-ə müraciət edib

Siyasət Materials 8 Sentyabr 2006 11:00 (UTC +04:00)

Ukrayna Azərbaycan neftinin Odessa-Brodı boru kəməri ilə tədarükü qrafikini yaratmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) rəsmi şəkildə müraciət edib. Trend xəbər verir ki, bu barədə Bakıda Ukrayna prezidenti Viktor Yuşenko Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Odessa-Brodı neft kəmərinin doldurulması üçün hələ 600 min ton texnoloji neft lazımdır. Odessa-Brodı boru kəmərinin tam yüklənməsi üçün 4,5-5 mln ton neft lazımdır.

O qeyd edib ki, Odessa-Brodı boru kəmərində iki neftemalı zavodu mövcuddur.

"Bundan başqa, Ukraynada "Ukrtransnafta" şirkətinə məxsus 600 yanacaqdoldurma stansiyası var və biz bu imkanları birgə iş üçün təklif etməyə hazırıq", - deyə o qeyd edib.

Ukrayna prezidentinin fikrincə, gələcəkdə yeni NEZ-in yaradılması məsələsinin gözdən keçirilməsi, eləcə də Odessa-Brodı boru kəmərinin Qdanska qədər uzadılması və bunun nəticəsi olaraq Xəzər neftinin Avropa bazarlarına çıxması mümkündür.

Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, energetika sahəsində əməkdaşlıq məsələsi ilk dəfədir ki, müzakirə olunur.

"Kiyevdə biz bu məsələləri öyrənən işçi qrupu yaratmışıq. Biz böyük üstünlüklər verən şəxsi neft tədarükünün diversifikasiyasını gözdən keçiririk. Hazırda Azərbaycanda üç boru kəməri mövcuddur, onlardan ikisi Qara dənizə (Gürcüstan və Rusiya limanları), biri isə Aralıq dənizinə çıxır", - deyə o bildirib.

Onun sözlərinə görə, hasilat həcmi artdıqca, Azərbaycan neft ixracı üçün yeni imkanları gözdən keçirir.

"2008-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 50 mln. ton neft nəql olunur. Tədarükün alternativ yolları bizim üçün böyük maraq kəsb edir", - deyə Azərbaycan başçısı qeyd edib.

O qeyd edib ki, Azərbaycan nefti - yüksək keyfiyyətə malikdir, Brent etalon növünə mükafatla satılır.

"Azərbaycan nefti Avropa NEZ-lərdə uğurla emal olunur. Azərbaycan gələcəkdə də bu sahədə çox fəal əməkdaşlıq etməyə hazırdır", - deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti