...

2007-ci ildə Azərbaycan və Fransa prezidentləri rəsmi səfər mübadiləsi aparacaqlar

Siyasət Materials 8 Sentyabr 2006 13:13 (UTC +04:00)

2007-ci ildə Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Jak Şirak rəsmi səfər mübadiləsi aparacaqlar. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Fransa ilə Azərbaycan arasındakı mövcud sıx dostluq münasibətləri çərçivəsində prezident İlham Əliyev 2007-ci ilin yanvar ayında Fransa prezidenti Jak Şirakın dəvəti ilə Fransaya dövlət səfərini həyata keçirəcək. Bu barədə məlumatda qeyd olunub. Öz növbəsində Fransa Respublikasının prezidenti 2007-ci ilin birinci rübündə Bakıya səfər etməyi nəzərdə tutur.

Son illərdə Fransa-Azərbaycan əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edib. Siyasi planda, Azərbaycan və Fransa arasında yüksək səviyyəli dialoq davam edir, Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya və Birləşmiş Ştatlarla birlikdə vasitəçilik missiyasını yerinə yetirir. İqtisadi sahədə, konkret olaraq aviasiya sahəsində, energetika və infrastruktur sektorunda, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə düşməsi və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin çəkilməsi ilə əlaqədar fransız şirkətlərinə verilmiş imkanlar sayəsində Fransa və Azərbaycan arasındakı mübadilələr tam yüksəliş mərhələsini yaşamaqdadır. Məlumatda qeyd olunub ki, nəzərdə tutulmuş səfərlər ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti