...

Mahmud Məmmədquliyev: Avropanın Qonşuluq Siyasəti çərçivəsindlə Fəaliyyət Planı Bakıda Avropa İttifaqı üçlüyünün görüşü zamanı imzalanacaq

Siyasət Materials 8 Sentyabr 2006 18:56 (UTC +04:00)

Oktyabrın əvvəllərində Bakıya Avropa Komissiyası üçlüyünün gəlişi gözlənilir. Bu barədə Trend ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Nümayəndə heyətinin tərkibinə hazırks (Finlandiya), keçmiş (Avstriya) və gələcək (Almaniya) sədrlər daxildirlər.

"Səfər zamanı Avropa Qonşuluq Siyasəti çərçivəsində Milli Fəaliyyət Planının imzalanması da planlaşdırılır", - deyə M. Məmmədquliyev qeyd edib.

Adıçəkilən sənəddə Avropa qonşuluğunun əsas istiqamətləri - iqtisadi inteqrasiya, intensiv siyasi və mədəni əlaqələr, eləcə də həmsərhəd ölkələrlə əməkdaşlıq nəzərdə tutulub.

Fəaliyyət planı razılaşdırıldıqdan sonra 2-3 illiyə nəzərdə tutulmuş indikativ proqramlar hazırlanacaq. Aİ tərəfindən maliyyələşdirmə 2007-ci ildən başlayacaq və bu, iki proqram - TACIS və MEDA çərçivəsində həyata keçiriləcək.

2007-2013 -cü illər üçün Avropa Qonşuluq Siyasətinin büdcə həcmi 15 mlrd. avro nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti