...

AŞPA-nın payız sessiyası oktyabrın 2-6-da keçiriləcək

Siyasət Materials 8 Sentyabr 2006 19:47 (UTC +04:00)

Oktyabrın 2-dən 6-na kimi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası keçiriləcək. Trend Avropa Şurasının rəsmi saytındakı məlumata istinadən xəbər verir ki, 2006-cı ilin dördüncü sessiyasını AŞPA sədri Rene van der Linden açacaq.

Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin başçısı Səməd Seyidovun bir qədər əvvəl xəbər verdiyi kimi, sessiya zamanı Azərbaycanla bağlı məsələlərin müzakirəsi gözlənilmir.

Sessiyanın birinci günü Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov bəyanatla çıxış edəcək.

Balkandakı vəziyyət müzakirə olunacaq, Albaniya və Xorvatiyanın baş nazirləri, eləcə də Serbiyanın prezidenti müvafiq məruzələrlə çıxış edəcəklər.

Oktyabrın 4-də AŞPA-da Nazirlər Komitəsinin sədri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Komitə adından çıxış edəcək. Həmin gün Avropa Şurasına üzv ölkələr milli azlıqların hüquqlarının qorunması haqqında Çərçivə Konvensiyasını ratifikasiya edəcəklər.

Oktyabrın 5-də "Miqrant, qaçqın və sığınacaq axtaranların KİV-də işıqlandırılan obrazı" mövzusunda müzakirələr aparılacaq.

Sessiyanın axırıncı günü parlamentarilər "Rusiyanın iqtisadi inkişafının davam etdirilməsində Avropa maraqları" mövzusunu müzakirə edəcəklər.

Livandakı vəziyyət və Avropaya kütləvi miqrasiya məsələləri üzrə debatların keçirilməsi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti