...

Gürcüstan ədliyyə nazirinin müavini Azərbaycan səfiri ilə görüşüb

Siyasət Materials 11 Sentyabr 2006 18:47 (UTC +04:00)

Sentyabrın 11-də Gürcüstanın ədliyyə nazirinin müavini Qivi Mikanadze Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyevlə görüşüb.

Nazirliyin mətbuat mərkəzindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, əsas diqqət penitensiar sistem üzrə aparılan islahatlara yönəldilib. Q.Mikanadze probasiya təlim mərkəzinin yaradılması barədə qonağa məlumat verib. Onun sözlərinə görə, mərkəz İsveçin Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə yaradılıb. Gələcəkdə mərkəz Cənubi Qafqaz regionunda nümunə olacaq.

Gürcüstan tərəfi azərbaycanlı həmkarları ilə bu təcrübəni bölüşməyə hazırdır. N.Əliyev hər iki ölkənin ədliyyə nazirlikləri arasındakı sıx əlaqələri alqışlayıb və bəyan edib ki, Gürcüstanın ədliyyə naziri Giya Kavtaradzenin səfəri bu qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafına şərait yaradır.

Səfirin sözlərinə görə, Azərbaycan tərəfi yaxın gələcəkdə Gürcüstan Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti