Sentyabrın 12-də Kiyevdə "GUAM - demokratiya və iqtisadi inkşiaf naminə təşkilat"a üzv ölkələrin ekspertlərinin görüşü başlayıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Səbuhi Temirov məlumat verib.
Diplomat qeyd edib ki, ikigünlük görüşdə GUAM Milli Əlaqələndiricilər Komitəsinin sentyabrın 12-də Kiyevdə keçiriləcək iclasının gündəliyinin razılaşdırılması gözlənilir.
Ekspertlərin Kiyev iclasında təşkilata üzv olan bütün ölkələrin nümayəndələri iştirak edir.