Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2008-ci illərdə mərhələli şəkildə planqlaşdırılan forumlar ərəfəsində "Heydər Əliyev irsi və Azərbaycan gəncliyi" adlı çoxseriyalı elmi-publisistik filmin istehsalı ilə bağlı materiallar toplanır. Bu barədə Trend ə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.
R.Abbasov qeyd edib ki, ümumilli lider H.Əliyevin ilk gənclər forumunda iştirakı, gənclər siyasəti haqqında dövlət qanununun, müxtəlif konvensiyaların imzalaması və digər materiallar nazirlik tərəfindən toplanılıb. 2007-2008-ci illərdə mərhələli şəkildə keçirilməsi planlaşdırılan forumlar ərəfəsində "Heydər Əliyev irsi və Azərbaycan gəncliyi" adlı çoxseriyalı elmi-publisistik filmin istehsalına başlanılacaq: "Bu, tarixi, sənədli, publisistik bir film olacaq. Hazırda arxiv materialları toplanır. Burada Heydər Əliyevin hakimiyyəti dövründə gəncliyə göstərdiyi diqqəti nəticəsində xarici dövlətlərdə təhsil alıb orada çalışan gənclərin rəyləri də cəmləşəcək".