...

Azərbaycan prezidentinin türkdilli ölkələrin qurultayında iştirak edəcəyi gözlənilir

Siyasət Materials 14 Sentyabr 2006 12:24 (UTC +04:00)
Azərbaycan prezidentinin türkdilli ölkələrin qurultayında iştirak edəcəyi gözlənilir

Azərbaycan prezidenti İlham Əliyevin türkdilli dövlətlərin 10-cu qurultayında iştirak edəcəyi gözlənilir. Qurultay sentyabrın 18-20-də Antalyada (Türkiyə) keçiriləcək. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Trend ə eksklüziv olaraq məlumat verib.

Səfir tədbir proqramının hələ təsdiq edilmədiyini bildirib.

"Sungate Port Royal" mehmanxanasında keçiriləcək qurultayda həmçinin Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və b. ölkə başçılarının iştirak edəcəyi ehtimal olunur. Rusiyanı Çuvaşiya, Xakasiya, Altay bölgəsi və Şimali Qafqaz nümayəndələri, Ukrayna və Moldovanı isə Krım və Qaqauziyanın nümayəndə heyətləri təmsil edəcək. Həmçinin İran, İraq, Əfqanıstan, Gürcüstan, Qərbi Trakiya (Yunanıstan), Kosovo, Rumıniya, Makedoniya, Bolqarıstan, Bosniya-Hersoqovina və Albaniya nümayəndələrinin iştirakı da gözlənilir.

Qurultay çərçivəsində beynəlxalq əlaqələr, KİV və kommunikasiya, iqtisadiyyat, ticarət, maliyyə, turizm, gənclər məsələləri, hüquq və cəmiyyətin idarə olunması üzrə komissiyalar fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti