...

Nazir: Türkiyə hələ Azərbaycan qazını qəbul etməyə hazır deyil

Siyasət Materials 15 Sentyabr 2006 14:03 (UTC +04:00)
Nazir: Türkiyə hələ Azərbaycan qazını qəbul etməyə hazır deyil

Bu il sentyabr ayının 30-da Xəzər dənizi sektorunda Azərbaycanın "Şahdəniz" yatağından qaz hasilatına başlanacağı ehtimal olunur. Bu barədə Trend ə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Ayın 30-da "Şahdəniz"dən ilk qazın hasilatına başlamaq üçün bütün işlər müəyyən olunmuş proqram çərçivəsində görülür. Hazırda bu prosesdə heç bir problem yoxdur", - deyə nazir qeyd edib.

Bu yataqdan Türkiyəyə qaz tədarükü məsələsinə gəlincə, N.Əliyev bildirib ki, hələ Türkiyə ərazisindəki boru kəməri hazır deyil. Qaz Gürcüstanın Türkiyə ilə sərhədinə qədər tədarük oluna bilər. "Hazırda boru kəməri doludur və Türkiyə ərazisindəki boru kəməri hazır olduqdan sonra qaz dərhal həmin əraziyə tədarük edilə bilər", - deyə o vurğulayıb.

"Biz Türkiyədəki boru kəmərində obyektlər üzrə layihələrdə göstərilmiş bütün işlərin 100% yerinə yetirildiyinə tam əmin olmayanadək, qaz tədarük edilməyəcək", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti