...

Azərbaycanın daxili işlər nazirinin Astanaya səfəri planlaşdırılıb

Siyasət Materials 19 Sentyabr 2006 11:46 (UTC +04:00)

Sentyabrın 29-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun Astanaya işgüzar səfəri planlaşdırılıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

R.Usubov MDB-nin İştirakçı-Dövlətləri Daxili İşlər Nazirləri Şurasının növbəti toplantısında iştirak edəcək.

Toplantıda MDB hüquq-mühafizə orqanları başçıları beynəlxalq terrorla, qanunsuz silah, kimyəvi maddə ixracı və alveri, insan alveri ilə mübarizədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək. Toplantının gündəliyinə, həmçinin, dövlətlərarası sazişlərin bir sıra layihələrinin razılaşdırılması üzrə məsələlər də daxil edilib.

Toplantının işinə sentyabrın 30-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti