...

Rüstəm Usubov Kiyevdə regional konfransda iştirak edəcək

Siyasət Materials 19 Sentyabr 2006 13:50 (UTC +04:00)

Sentyabrın 21-də Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubovun başçılıq etdiyi nümayəndə heyəti Kiyevdə öz işinə başlayacaq Mərkəzi və Şərqi Avropa və Orta Asiya dövlətlərinin 2-ci regional konfransında iştirak edəcək. Bu barədə Trend ə Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Konfransı Ukrayna baş prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının himayəsi altında Ukrayna Prokurorlar Assosiasiasiyası həyata keçirəcək. Konfransın işində dünyanın 25 ölkəsinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndə heyətlərinin iştirakı planlaşdırılıb. Həmin ölkələr arasında BMT-nin, AŞ-nın və MDB ölkələrinin Baş Prokurorlarının Koordinasiya Şurasının və başqa təşkilatların nümayəndələri də var.

Konfransın əsas mövzusu cinayət işlərində hüquqi yardımın göstərilməsi sahəsində prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığı olacaq. Konfrans iştirakçıları transmilli cinayət işlərinin araşdırılması zamanı müxtəlif dövlətlərin milli orqanlarına yardım göstərilməsində peşəkar prokuror birlikləri də daxil olmaqla, beynəlxalq təşkilatların rol və səlahiyyətlərini, eləcə də cinayətkarların təslim edilməsində, beynəlxalq hüquqi yardımın göstərilməsində problemli məsələləri, eyni zamanda cinayətkar fəaliyyətin və terrorun maliyyələşdirilməsi ilə mübarizə üzrə görülən tədbirləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti