...

Azərbaycan və Bolqarıstan idman sahəsində əməkdaşlığa dair protokol imzalayıblar

Siyasət Materials 19 Sentyabr 2006 19:32 (UTC +04:00)

İmzalanmış protokol qarşımızda yeni imkanlar açır. Bu barədə Bolqarıstan Dövlət Gənclər və İdman Agentliyi ilə əməkdaşlıq haqqında protokolun imzalanmasından sonra, Azərbaycan Gənclər və İdman Nazirliyinin başçısı Azad Rəhimov bəyan edib.

Trend in xəbər verdiyi kimi, qurum başçısı vurğulayıb ki, hər iki ölkənin bu sahədə problemləri çox oxşardır və bu sənəd onların tezliklə həll olunmasına köməklik edəcək. "Bizim ölkələri çox şey birləşdirir, məsələn, boks, güləş, ağır atletika Azərbaycanda olduğu kimi, Bolqarıstanda da çox yaxşı inkişaf edib", - deyə nazir qeyd edib.

Onun bolqar həmkarı Vesela Leçyova, öz növbəsində, protokolun hər iki ölkənin yığmasının Pekində keçiriləcək Olimpiadada uğurla iştirak etməsinə köməklik edəcəyinə ümid bəslədiyini bildirib.

Qeyd etmək lazımdır ki, məşqçi təcrübəsinin mübadiləsi, birgə təlim-məşqlərinin təşkili, idman menecmenti məsələləri və digər aspektlərə dair bəndlər protokolda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti