...

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Bakıya oktyabrda gələcək

Siyasət Materials 20 Sentyabr 2006 11:20 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 3-də Bakıya gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Anjey Kaspşikin özü məlumat verib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Avropada Azərbaycan və Ermənistan XİN başçıları ilə apardığı danışıqlarda iştirakdan sonra A.Kaspşik Vyanaya qayıdıb və burada işğal olunmuş ərazilərdə yanğınlarla bağlı məsələ üzrə danışıqları davam etdirir.

Səfir qeyd edib ki, ATƏT-in müvafiq strukturlarında görüşlər keçirir və bundan sonra Azərbaycana gələcək. Daha sonra isə münaqişə tərəfləri ilə danışıqlar mərhələsi başlayacaq və ekspert qrupunun səfər tarixi və tərkibi müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti