...

Gürcüstan parlamenti Azərbaycana olan borcun qaytarılması ilə bağlı sazişin ratifikasiyası proseduruna başlayıb

Siyasət Materials 20 Sentyabr 2006 19:04 (UTC +04:00)
Gürcüstan parlamenti Azərbaycana olan borcun qaytarılması ilə bağlı sazişin ratifikasiyası proseduruna başlayıb

Gürcüstan parlamenti Gürcüstanın Azərbaycana olan borcunun qaytarılması ilə bağlı sazişin ratifikasiyası proseduruna başlayıb.

Trend in Tbilisidəki xüsusi müxbirinin xəbər verdiyi kimi, bu gün parlamentin maliyyə-büdcə məsələləri üzrə komitəsi maliyyə nazirinin müavini Qiorqi Qodabrelidzenin təqdim etdiyi sazişin ratifikasiyası layihəsini bəyənib.

Gürcüstanın Azərbaycana olan borcu "Paris klubunun" qərarına əsasən qaytarılacaq. Saziş iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın 2006-cı ilin avqustunda Batumidə keçirilmiş iclası zamanı imzalanıb. 2007-ci ildə Gürcüstan hökuməti Azərbaycana ilin sonuna kimi 2 mln. dollar, qalan hissəni isə 2011-2025-ci illərdə ödəməlidir. Ödənişlər ildə iki dəfə, 3% faiz dərəcəsi ilə həyata keçiriləcək. Borcun ödənməməsinə görə cərimə isə illik 3,5%-dir.

Tbilisinin qiymətləndirmələrinə əsasən, Gürcüstanın Azərbaycana olan borcunun ümumi məbləği 13,286 mln. dollar təşkil edir.

Saziş oktyabrın 10-dan sonra dinləmələrə başlanıldıqda parlamentin plenar iclasında ratifikasiya olunacaq.

Xəbər lenti

Xəbər lenti