...

Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Ukrayna parlamentində görüşlər keçirəcək

Siyasət Materials 21 Sentyabr 2006 12:26 (UTC +04:00)

Trend-i buradan izləyin

Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Fərrux Zeynalov dahi Azərbaycan şairi Səməd Iurğunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün sentyabrın 21-dən 28-dək Kiyevdə səfərdə olacaq. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Fərrux Zeynalov burada böyük şairin büstünün açılışında iştirak edəcək, dost ölkənin parlamenti ilə işçi qrupunun rəhbəri kimi Ukrayna parlamentində də bir sıra görüşlər keçirəcək. Bu görüşlər zamanı iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti