...

Səməd Seyidov: "Avropa Şurası korrupsiyaya qarşı mübarizə ilə bağlı Azərbaycan qanununu təqdirləyaiq sayır"

Siyasət Materials 21 Sentyabr 2006 13:15 (UTC +04:00)

Azərbaycan dövləti korrupsiyaya qarşı apardığı mübarizədəki fəaliyyətini həmişə yüksək səviyyədə təşkil edib. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Avropa Şurası tərəfindən Azərbaycanda korrupsiya ilə bağlı iki mərhələdə aparılan monitorinqin nəticələrinə münasibət bildirərəkən qeyd edib.

Xatırladaq ki, Avropa Şurasının korrupsiya ilə mübarizə üzrə dövlətlər qrupu sentyabrın 20-də Azərbaycanla bağlı məruzəni açıqlayıb. Məruzə müəllifləri bildiriblər ki, korrupsiya Azərbaycan üçün ciddi problem olaraq qalır. Azərbaycan hökumətinin antikorrupsiya strategiyasının hazırlanmasında xidmətlərini qeyd edən məruzə müəllifləri həmçinin bildiriblər ki, onun həyata keçirilməsinə başlamağın vaxtıdır.

S.Seyidov bildirib ki, Avropa Şurası bu məsələ ilə bağlı Azərbaycanın qəbul etdiyi qanunu təqdirləyaiq sayır: "İmplementasiya ilə bağlı, təbii ki, çətinliklər var. Ona görə ki, bu bir-iki günlük proses deyil. Bu prosesdə həm Avropa Şurasının ekspertləri, həm də Azərbaycan tərəfi yaxından iştirak edir. Azərbaycan dövləti bu istiqamətdəki fəaliyyətini həmişə yüksək səviyyədə təşkil edib".

S.Seyidov bu istiqamətdə hansısa müzakirələrin olacağına inanmadığını ifadə edib: "Bu, bizi və Avropa Şurasını narahat edən bir problem olduğuna görə konstruktiv dialoq, fikir mübadiləsi aparmağa həmişə hazırıq. Bu istiqamətdə Avropa Şurasında hansısa dinləmələr olacağını gözləmirəm".

Xəbər lenti

Xəbər lenti