...

Azərbaycan və Qazaxıstan qiymətli kağızlar bazarı üzrə informasiya mübadiləsi aparmaq niyyətindədir

Siyasət Materials 22 Sentyabr 2006 13:45 (UTC +04:00)

Azərbaycan prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsi (QKDK) və Qiymətli kağızlar bazarının nizama salınması üzrə Qazaxıstan agentliyi qiymətli kağızlar bazarı üzrə informasiya mübadiləsi haqqında müqavilənin birgə layihəsini hazırlayıb. Trend xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında QKDK-nin başçısı Gündüz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin sənəd bu və ya digər ölkədə monitorinq və yoxlamaların həyata keçirilməsi, eləcə də hər iki tərəf üçün maraq kəsb edən məsələlərin öyrənilməsi üçün imkan yaradacaq.

G.Məmmədov qeyd edib ki, Qazaxıstan tərəfindən həmçinin iki ölkənin qiymətli kağızlar bazarında qarşılıqlı nüfuz etmə imkanlarının yaradılma məsələləri üzrə məsləhətləşmələr aparılır.

"Biz hələ müəyyən nəticəyə gəlməmişik. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının qarşılıqlı münasibətləri haqqında danışıqlar davam etdirilir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti