Milli Məclisin payız sessiyasında "2007-ci ilin Dövlət Büdcəsinin təsdiqi haqqında" qanun qəbul ediləcək. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasından bildiriblər.
Onu da bildiriblər ki, komissiyada "Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında" Birgə Bəyanatın təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə", Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" Sazişin (2004-2005-ci illər üzrə) təsdiq edilməsi barədə", Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə", Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihələri müzakirə edilərək qəbul edilib.