...

AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Siyasət Materials 23 Sentyabr 2006 12:20 (UTC +04:00)

Oktyabrın 2-3-də Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Piter Semnebinin özü məlumat verib.

Diplomat Azərbaycana AB "Üçlüyü" ilə birgə gələcək. Bundan əvvəl Azərbaycanın Benilüks ölkələri və AB-dəki səfiri Arif Məmmədovun Trend ə verdiyi məlumata görə, missiya Avropa Qonşuluq Siyasəti (AQS) üzrə Fəaliyyət Planının layihəsinin razılaşdırılmasına dair fikir mübadiləsi aparacaq.

Görüşlər zamanı AQS üzrə Fəaliyyət Planının razılaşdırılmamış bir neçə bəndinin müzakirəsi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti