Salyandakı Şirvan Milli Parkında Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş "Xəzər çoxqütblü dünyanın mərkəzidir" mövzusunda seminar keçirilib. Seminar bir gün əvvəl Bakıda öz işinə başlamış Azərbaycan, Rusiya və Qazaxstan ekoloqlarının birgə forumunun davamı çərçivəsində baş tutub.
İştirakçılar qərara alıb ki, Xəzərin bioloji ehtiyatlarının qorunmasına yönəlmiş bu çox əhəmiyyətli tədbirə bölgədəki digər ölkələrin qoşulması istiqamətində də işlər aparılsın.
Analoji forumun gələn il Rusiyada keçirilməsi qərara alınıb.
Onu da qeyd edək ki, Rusiya ekoloqları forumda daha geniş nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan tərəfini isə tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunmasının İnkişafı Departamenti təmsil edib.