...

Samara vilayəti BDİİ rəisi: Samara və Kondopoq hadisələri arasında heç bir paralel yoxdur

Siyasət Materials 26 Sentyabr 2006 10:30 (UTC +04:00)
Samara vilayəti BDİİ rəisi: Samara və Kondopoq hadisələri arasında heç bir paralel yoxdur

Samara və Kondopoq hadisələri arasında heç bir paralel yoxdur. Bu barədə Trend ə Samara vilayəti Baş Daxili İşlər İdarəsi rəisi Aleksandr Reymer sentyabrın 13-də Samarada tərəvəz bazasına edilən basqını şərh edərkən bəyan edib.

O bildirib ki, hazırda ölümlə nəticələnmiş davanın kriminal qruplaşmaların təsir dairələrini yenidən bölüşdürmək istəmələri səbəbindən baş verdiyi tamamilə dəqiq şəkildə müəyyənləşdirilib. "Burada heç bir milli gizli məna yoxdur", - deyə Samara vilayəti BDİİ rəisi əminliklə bildirib. Onun sözlərinə görə, hazırda müəyyən olunub ki, təsir dairələrini yenidən bölüşdürmək cəhdləri əvvəllər də baş verib, lakin alverçi və ticarət yerlərinin sahiblərindən heç biri bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, nəticədə isə bu hadisələr baş verib. A.Reymerin fikrincə, Samaranın azərbaycanlı diasporunun çox güclü nüfuzu var və onlar (azərbaycanlılar) hesab edirlər ki, yerli fırıldaqçılarla bölüşməmək üçün kifayət qədər gücə malikdirlər.

Etniklərarası vəziyyətin kəskinləşməməsi üçün görülən tədbirlərə gəlincə, A.Reymer qeyd edib ki, vilayətin BDİİ rəhbərliyi "Kareliya hadisələrinin" baş verməməsi və vəziyyəti nəzarət altında saxlamaq üçün diaspor təşkilatları ilə mütəmadi görüşlər keçirir.

Xəbər lenti

Xəbər lenti