ATƏT Parlament Assambleyasının (PA) 2007-ci ilin yanvarında Vyana şəhərində keçiriləcək qış sessiyasında Azərbaycan nümayəndə heyətinin əsas üzvləri iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Fazil Qəzənfəroğlu bildirib.
Millət vəkili bildirib ki, prosedur qaydalarına əsasən, ATƏT PA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edir: "Qış sessiyasında isə nümayəndə heyətinin əsas üzvləri qatılırlar. Bu da asılıdır dəvətdən". Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin əsas üzvləri Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov, insan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova və Fəttah Heydərovdur.
Onu da bildirək ki, ATƏT PA-nın qış sessiyasına qədər, yəni noyabrda Maltada Daimi Komitənin iclası keçiriləcək. İclasda Azərbaycanın nümayəndə heyətinin rəhbəri və katib iştirak edəcək.