Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Akademik Birliyi və Vyananın yerli özünüidarəetmə orqanlarının təşəbbüsü ilə bu ölkədə yaşayan azərbaycanlılar üçün seminar keçirilib. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib.
Seminar Avstriyada yaşayan xarici vətəndaşların hüquqlarının nəzərdə tutulduğu qanunun müzakirəsinə həsr olunub.
2006-cı ilin yanvarında Avstriya hökuməti "Yerləşdirmə və yaşama haqqında" qanuna dəyişiklik edib və yeni qaydalar müəyyən olunub. Tədbirin keçirilməsində məqsəd həmvətənlərimizə viza, vətəndaşlıq, işlə təmin olunma ilə bağlı problemlər və digər məsələlər barədə məlumat verməkdən ibarət olub. Seminarda iştirak etmiş Miqrantlar və Vətəndaşlıq Məsələləri İdarəsinin rəisi Qabriel El Haurni yeni qanunvericiliklə bağlı sualları cavablandırıb.