...

Rusiya və Gürcüstan arasında münaqişənin nizamlanmasına yardım etmək üçün ATƏT sədri Tbilisiyə uçur

Siyasət Materials 2 Oktyabr 2006 14:38 (UTC +04:00)
Rusiya və Gürcüstan arasında münaqişənin nizamlanmasına yardım etmək üçün ATƏT sədri Tbilisiyə uçur

ATƏT-in hazırki sədri, Belçikanın XİN başçısı Karel de Quxt Rusiya və Gürcüstan arasında münaqişənin nizamlanmasına yardım etmək üçün bu gün Tbilisiyə uçub. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbirinə ATƏT-in Gürcüstandakı missiyasından xəbər verilib.

Bir qədər əvvəl Karel de Quxt Rusiya və Gürcüstanı münaqişə vəziyyətindən tezliklə çıxış yolu tapmağa çağırıb. "Mən tərəfləri beynəlxalq hüquqlara hörmətlə yanışmağa, istənilən təxribat aktlarından uzaq olmağa, dialoq qurmağa və həll yolunu tez tapmağa çağırıram", - deyə ATƏT başçısının bəyanatında bildirilir.

"Bu məqsədlərə nail olmaq üçün mən hər iki tərəflə əlaqə saxlayacağam", - deyə Karel de Quxt qeyd edib.

Bu gün Karel de Quxt Gürcüstan prezidenti Mizail Saakaşvili ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti